Bayden: "Senat Kiyevə vəsait ayıran qanun layihələrini tez bir zamanda təsdiq etməlidir"

Bayden: "Senat Kiyevə vəsait ayıran qanun layihələrini tez bir zamanda təsdiq etməlidir"

ABŞ Konqresinin Senatı Kiyevə yardım üçün vəsait ayıran qanun layihələrini tez bir zamanda təsdiq etməlidir ki, Ukraynaya mümkün qədər tez silah göndərilsin.

APA xəbər verir ki, bu barədə Prezident Co Bayden bildirib.

“Qanun layihələri mənim stolumun üstündə olmalıdır ki, mən onu imzalaya bilim, Ukraynanın döyüş meydanında təcili ehtiyaclarını ödəmək üçün dərhal silah və texnika göndərək”, - Prezident vurğulayıb.