Yaponiyada iki hərbi helikopter qəzaya uğrayıb

Yaponiyada iki hərbi helikopter qəzaya uğrayıb

Yaponiya Özünümüdafiə Qüvvələrinin hər birində dörd ekipaj üzvü olan iki “SH60K” patrul helikopteri İzu adalarında təlim zamanı qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, daha 7 nəfərin axtarışları davam etdirilir.