Türkiyəli keçmiş futbolçuya 14 il 7 ay həbs cəzası verilib

Türkiyəli keçmiş futbolçuya 14 il 7 ay  həbs cəzası verilib

Məhkəmə adam öldürməkdə ittiham olunan Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının sabiq futbolçusu Sezer Öztürklə bağlı qərar verib.

"Birxeber"un "Fanatik"ə istinadən məlumatına görə, veteran yarımmüdafiəçi 14 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq daha əvvəl 3 müxtəlif cinayətə görə Öztürkə 23 il 9 ay həbs cəzası verilməsini tələb etmişdi.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 19-da baş verib. Sezer Öztürk Halil İbrahim Genç adlı şəxslə yol verməmə üstündə mübahisə edib. Daha sonra Genç silahla vurularaq öldürülüb. Şübhəli şəxs Öztürk Artvindən Gürcüstana getmək üçün yük maşınına minib. O, axtarış nəticəsində TIR-ın arxasında aşkarlanıb.

Onun barəsində "Qəsdən adam öldürmə" maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Keçmiş futbolçu daha öncə verdiyi ifadədə barəsində irəli sürülən ittihamları rədd edib. O, Halil İbrahim Gençi öz mühafizəçisi adlandırıb. Öztürk bildirib ki, evə qayıtdığı vaxt 30-40 nəfərin onun avtomobilinin qarşısını kəsərək, zərbələr endirməyə başlayıblar. Keçmiş futbolçu silahdan atəşi özünün yox, Ömer Gençin havaya və yerə açdığını iddia edib: "Qarşımızı kəsənlər bizə içkili vəziyyətdə hücum etdilər. Yanımda mühafizəçim, onun və mənim uşaqlarım, həyat yoldaşlarımız var idi".

Almaniyada doğulmuş Öztürk Almaniyanın "Bayer" və "Nürnberq", Belçikanın "Beersxot", Türkiyənin "Manisaspor", "Eskişehirspor", "Fənərbağça", "Beşiktaş", "İstanbul BB" və "Eskişehirspor" komandalarında, həmçinin, Türkiyənin U-17, U-19, U-21 və ikinci yığmasında forma geyinib.

Futbol Futbol
"Qarabağ" avrokuboklara vəsiqəni təmin edib

"Qarabağ" avrokuboklara vəsiqəni təmin edib

Futbol Futbol
"İnter" Almaniya millisinin futbolçusunu transfer edib

"İnter" Almaniya millisinin futbolçusunu transfer edib

Futbol Futbol
"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxub

"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxub

Futbol Futbol
Premyer Liqa: "Qəbələ" son dəqiqələrdə məğlubiyyətdən xilas olub

Premyer Liqa: "Qəbələ" son dəqiqələrdə məğlubiyyətdən xilas olub

Futbol Futbol
Sergen Yalçın "Qalatasaray"ın baş məşqçisi ola bilər

Sergen Yalçın "Qalatasaray"ın baş məşqçisi ola bilər

Futbol Futbol
Ukrayna yığmasının futbolçusu mətbuat konfransında ağlayıb

Ukrayna yığmasının futbolçusu mətbuat konfransında ağlayıb

Futbol Futbol
"Sabah" "Zirə"ni məğlub edib

"Sabah" "Zirə"ni məğlub edib

Futbol Futbol
"Şamaxı" klubunda baş məşqçi vəzifəsini icra edəcək şəxs açıqlanıb

"Şamaxı" klubunda baş məşqçi vəzifəsini icra edəcək şəxs açıqlanıb

Futbol Futbol
Rusiya millisi İranla yoldaşlıq oyunu keçirmək istəyir

Rusiya millisi İranla yoldaşlıq oyunu keçirmək istəyir

Futbol Futbol
"Mançester Yunayted" Erikseni transfer etmək istəyir

"Mançester Yunayted" Erikseni transfer etmək istəyir

Futbol Futbol
Aleksey Baqa "Qarabağ"a məğlubiyyəti şərh edib

Aleksey Baqa "Qarabağ"a məğlubiyyəti şərh edib

Futbol Futbol
Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub

Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub