Ömər Çelik israilli nazirin Ərdoğana qarşı açıqlamasına reaksiya verib

Ömər Çelik israilli nazirin Ərdoğana qarşı açıqlamasına reaksiya verib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İsrail xarici işlər nazirinin ölkə başçısı Rəcəb Tayyib Ərdoğana qarşı açıqlamasına reaksiya verib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Çelik bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“İsrail xarici işlər nazirinin prezidentimizi hədəf alan bəyanatı İsrail hökumətinin törətdiyi qırğınları ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Uşaq qatilləri istənilən atəşkəs və sülh təşəbbüsünə düşməndirlər. Ona görə də Prezidentimizin apardığı atəşkəs və sülh siyasəti bu qırğın şəbəkələrinin hədəf aldığını bilirik. Amma nə etsələr də, insanlıq qarşısında qınandılar və bir gün qanun qarşısında cavab verəcəklər”, - deyə Ö. Çelik vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İsrail xarici işlər naziri İsrael Katz HAMASla Müsəlman Qardaşları qatil adlandıraraq, R.T. Ərdoğanı onlara dəstəktə ittiham edib.