Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal əldə edib.

"Report" xəbər verir ki, Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib.

Yığmamız 5 halqa, eləcə 3 lent və 2 topla çıxışda final mərhələsinə vəsiqə əldə edib. Komanda iki növün cəmində 69,050 xal toplayıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası sabah 5 halqa, həmçinin 3 lent və 2 topla finalda mübarizə aparacaq.