"Neftçi"nin baş məşqçisi: Finalda qələbə qazanacağımıza inanırdıq

"Neftçi"nin baş məşqçisi: Finalda qələbə qazanacağımıza inanırdıq

Qələbə qazanacağımıza inanırdıq.

Bunu "Report"a açıqlamasında "Neftçi" basketbol komandasının baş məçqçisi Anar Sarıyev "Xəzri"yə 65:61 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.

Mütəxəssis matçın startının çətin keçdiyini söyləyib: "Rəqib hücumda daha yaxşı idi. Biz isə müdafiədə pis təsir bağışladıq. Lakin toparlandıq və qələbə qazana bildik. İlk dəqiqələrdən bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm".

Anar Sarıyev "ağ-qaralar"ın avrokubokda iştirak etmək ehtimalına toxunub: "Klubun rəhbəri Sadıqov Sadıqov da bunu istəyir. Kuboku qazanmaq komandaya mənəvi cəhətdən çox faydalı olacaq. Oyunçularımız daha çox motivasiya topladılar".