TƏBİB: “Taxta bazarı”ndakı yanğında xəsarət alan olmayıb - YENİLƏNİB

TƏBİB: “Taxta bazarı”ndakı yanğında xəsarət alan olmayıb - YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın zamanı xəsarət alan olmayıb.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.

"Hadisə nəticəsində xəsarət alan olmayıb", - deyə məlumatda qeyd edilib.

***

18.46

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğının baş verməsi barədə 20.04.2024-cü il tarixində saat 16:36 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.