Rusiyada TikTok-un bərpası müzakirə edilmir

Rusiyada TikTok-un bərpası müzakirə edilmir

Rusiyada TikTok-un bərpası müzakirə edilmir.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyasının rəqəmsal inkişaf naziri Maksut Şadayev bildirib.

Qeyd edək ki, 2022-ci ilin martında Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin hərəkətləri və Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışlar haqqında saxta məlumatların yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutan qanunu imzalayıb. Bundan sonra Çin sosial şəbəkəsi TikTok bu qanuna görə Rusiya Federasiyasında yeni məzmunun və canlı bağlantıların (strimlərin) yayılmasını dayandıracağını açıqlayıb.