TƏBİB: “Taxta bazarı”ndakı yanğına 3 təcili tibbi yardım briqadası cəlb olunub

TƏBİB: “Taxta bazarı”ndakı yanğına 3 təcili tibbi yardım briqadası cəlb olunub

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğının baş verməsi barədə 20.04.2024-cü il tarixində saat 16:36 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən Birxeber.Az-nın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.