Azərbaycan Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında növbəti dövr üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi və COP29-la əlaqəli mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya Bankının baş icraçı direktoru Axel van Trotsenburg və komandası ilə görüşdən məmnun oldum.

Bankın ölkəmizdəki cari fəaliyyəti, növbəti dövr üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi və COP29-la əlaqəli mümkün əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi apardıq", - T. Kazımov bildirib.

Görüş Vaşınqtonda keçirilən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun yaz toplantıları çərçivəsində baş tutub.