“Final” çaydan “Nostalji evi” layihəsi

“Final” çaydan “Nostalji evi” layihəsi

30 ildir hər kəs tərəfindən bəyənilən nəfis dadı ilə klassikaya çevrilmiş “Final” çayı “Park Bulvar”da tematik “Nostalji evi” quraşdırıb. İnsanları bir anlıq keçmişə xoş xatirələrə aparan Yeni il ab-havalı bu layihə 90-cı illərin ev dizayn və dekorasiyasından ibarətdir.

Qonaqlar tərəfindən böyük maraqla qarşılanan və nostalji hislər yaradan layihə mart ayının 31-nə qədər davam edəcək.

Qeyd edək ki, 30 ildir istehlakçıların sevimlisi olan və 100 faizi təbii Şri-Lanka çayından hazırlanan “Final” mütəmadi olaraq müxtəlif sosial layihələr həyata keçirir və müxtəlif yerli və qlobal tədbirlərin təşkilinə dəstək verir.