Azərbaycan könüllüsü: "Sonadək Türkiyənin yanında olacağıq" 

Azərbaycan könüllüsü: "Sonadək Türkiyənin yanında olacağıq" 

Türkiyədə baş vermiş zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri Kahramanmaraş şəhərində yerli sakinlərə xidmət göstərirlər.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirirlər.

Könüllülərimiz gün ərzində yüzlərlə zərərçəkmişə səyyar şəkildə çay, su paylayır, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırırlar.

Həmçinin Azərbaycan könüllüləri Kahramanmaraşın kəndlərinə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak edirlər.

Azərbaycan könüllüsü Taleh Kərimzadə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı ilə söhbət edən zaman bildirib ki, Kahramanmaraşda zərərçəkmişlərə ilkin tibbi yardım göstərirlər:

"Biz fevralın 10-da Azərbaycan könüllüsü olaraq, 100 nəfərdən ibarət heyətlə birlikdə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gəldik. Burada təbii fəlakətdən zərərçəkmiş şəxslərə humanitar yardımlar göstəririk. Eyni zamanda Kahramanmaraşda zərərçəkmişlərə ilkin tibbi yardım edilir. Çadırlarda azyaşlı uşaqlar üçün modul bağçalar hazırlamışıq. Uşaqlarla məşğul olan psixoloqlarımız var. Türkiyənin kəndlərinə səfər edərək sakinlərə yardımlar paylayırıq. Həmçinin bura gələn TIR-ların içərisindəki humanitar yardımların boşaldılmasına, çadırların qurulmasına köməklik edirik. Azərbaycan könüllüləri burada birgə fəaliyyət göstərir. Biz sona qədər Türkiyənin yanında olacağıq, burada fəaliyyətimizi davam etdirəcəyik".

HADİSƏ HADİSƏ
Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb

Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb

HADİSƏ HADİSƏ
Qusar-Bakı yolunda avtobus aşıb, 19 nəfər yaralanıb - YENİLƏNİB

Qusar-Bakı yolunda avtobus aşıb, 19 nəfər yaralanıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Komissiya sədri: "Biləsuvarda partlayış baş verən bina ilə bağlı qərar veriləcək"

Komissiya sədri: "Biləsuvarda partlayış baş verən bina ilə bağlı qərar veriləcək"

HADİSƏ HADİSƏ
“Azercell"dən açıqlama

“Azercell"dən açıqlama

HADİSƏ HADİSƏ
FHN: "Gəncədə göldə suyun səviyyəsi aşağı endirilib"

FHN: "Gəncədə göldə suyun səviyyəsi aşağı endirilib"

HADİSƏ HADİSƏ
Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançıya yeni ittihamlar irəli sürülüb - YENİLƏNİB

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançıya yeni ittihamlar irəli sürülüb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Şabrandakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Şabrandakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Müdafiə Nazirliyinin generalı ilə yanaşı, daha bir vəzifəli şəxsi saxlanılıb? - YENİLƏNİB

Müdafiə Nazirliyinin generalı ilə yanaşı, daha bir vəzifəli şəxsi saxlanılıb? - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Polisin fəaliyyətinə müdaxilə edən şəxs inzibati məsuliyyətə cəlb olunub

Polisin fəaliyyətinə müdaxilə edən şəxs inzibati məsuliyyətə cəlb olunub

HADİSƏ HADİSƏ
15 gündür yoxa çıxan oğlan tapıldı: İstixanada yatırmış

15 gündür yoxa çıxan oğlan tapıldı: İstixanada yatırmış

HADİSƏ HADİSƏ
Şabranda yanğınlar zamanı 5 nəfər xəsarət alıb

Şabranda yanğınlar zamanı 5 nəfər xəsarət alıb

HADİSƏ HADİSƏ
Cəlilabadda qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlanıb

Cəlilabadda qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlanıb