Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,7 % artaraq 452,1 milyon manat təşkil edib.

"Birxeber.Az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövriyyənin 4 milyon 962,1 min manatı dövlət, 447,1 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 51 %-i hüquqi şəxslərin, 49 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 7,4 % artaraq 227,9 milyon manat olub.