Füzulidə evi qəzalı vəziyyətə düşən sakin çadırla təmin edilib - VİDEO

Füzulidə evi qəzalı vəziyyətə düşən sakin çadırla təmin edilib  - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonu, Birinci Qayıdış qəsəbə sakini İbəquliyev Saday Həbib oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, bununla əlaqədar FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən Birinci Qayıdış qəsəbə sakini S.İbəquliyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.