Azərbaycanın Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə qurumları ilə tərəfdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanın Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə qurumları ilə tərəfdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə qurumları ilə regional tərəfdaşlıq perspektivlərini müzakirə edib.

"APA-Economics" xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (İMF) Yaz Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrləri ilə məhsuldar müzakirələrdə iştirak etdik. Təmsil etdiyimiz ölkələrin əsas çağırışları və imkanları, eləcə də regional tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - T. Kazımov əlavə edib.