Antalyada yeddi nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası olub

Antalyada yeddi nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası olub

Türkiyənin Antalya şəhərində yeddi nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası olub, səkkiz nəfər xəsarət alıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.

Belə ki, avtobus işıqforda gözləyən iki avtobusa çırpılıb.

Həmin avtobuslardan biri zərbənin təsirindən idarəetmədən çıxaraq qarşıdakı dörd avtomobilə dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım xidməti cəlb olunub.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıblar.