ABŞ İraqa zərbələr endirilmədiyini bildirib - YENİLƏNİB
ABŞ Mərkəzi Komandanlığı İraqa zərbələr endirilmədiyini bildirib.
Birxeber.Az xəbər verir ki, bununla bağı ABŞ Mərkəzi Komandanlığı rəsmi "X" hesabında paylaşım edib.
"ABŞ-ın bu gün İraqda hava hücumları təşkil etdiyinə dair xəbərlərdən məlumatlıyıq. Həmin xəbərlər həqiqətə uyğun deyil. ABŞ bu gün İraqa hava zərbələri endirməyib", - paylaşımda qeyd olunub.
***
04.10
ABŞ İraqın Babil əyalətində “Haşd əş-Şaabi” polis qüvvələrinin qərargahına hava zərbəsi endirilib.
Birxeber.Az xəbər verir ki, bu barədə quruplaşmanın "Facebook" hesabında hücumla bağlı açıqlama yayılıb.
"ABŞ tərəfindən Babildəki Kalso hərbi bazasındakı Qalxan, Seraya əl-Cihad və Nuhbaya hava hücumu həyata keçirilib", - deyə bəyanatda vurğulanıb.
Hücumda ölən və yaralanan olmadığı bildirilib.