Əməkdar artist Cavanşir Məmmədov vəfat edib - YENİLƏNİB
Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb.
***
13.00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
Birxeber.Az xəbər verir ki, müğənni bu gün dünyasını dəyişib.
Xəbəri Birxeber.Az-ya ailə üzvləri təsdiqləyiblər. Sənətçinin təxminən bu gün saat 11-12 radələrində vəfat etdiyini deyiblər. Ölümün səbəbi hələlik bəlli deyil.