BVF-nin icraçı direktoru: Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırıq

BVF-nin icraçı direktoru: Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırıq

Beynəlxalq Valyuta Fondu (BVF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazır olduğunu açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycanın maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov və COP29-un prezidenti Muxtar Babayev ilə möhtəşəm görüş baş tutub. Biz Azərbaycanın inkişaf və iqlim hədəflərinə dəstək verməyə və noyabrda Bakıda COP29-un uğurlu keçirilməsi üçün işləməyə qərarlıyıq", - K. Georgiyeva əlavə edib.