Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir

Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir

Cəlil Xəlilov: “Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir”

“Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir. Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir”.

Bunu Birxeber.Az-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, sözügedən kəndlərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünü bərpası, tarixi torpaqlarımızın bərpası istiqamətində atılan mühüm tarixi addımdır:

“Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad edilməsi diplomatiyamızın, Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan mühüm addımlardan biridir.

Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğur bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə heyrətamiz prinsipiallıq, səy və enerji sərgiləyir. Bu tarixi qələbə həm də onu göstərir ki, Prezident İlham Əliyevin hər zaman dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışısından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq.

Onu da qeyd edim ki, bir neçə gün bundan öncə Azərbaycandakı Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə bağlı Bakı ilə Moskva arasında razılıq əldə olundu. Bu, Prezident İlham Əliyevin siyasi strateq kimi böpyülüyünə dəlalət etməklə yanaşı, Azərbaycanla Rusiya arasında tarixi dostluq münasibətlərinin, səmimi əməkdaşlıq ruhunun yüksək səviyyədəki mövcudluğunu sübut etdi. Bu razılaşma bir kəs daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə arasıdna qarşıqlıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam əlaqələr mövcuddur”.

Cəlil Xəlilov qeyd edib ki, Qazaxın 4 kəndinin geri qaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər bir reallıq isə bu uğurun bölgədə gərginlk yaratmaq istəyən beynəlxalq güclərin aktivliyi şəraitində əldə edilməsidir:

“Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra bir sıra beynəlxalq güclər, eləcə də Fransa bölgədə vəziyyəti yenidən gərginləşdirmək, yeni qarşıdurma yaratmaq istiqamətində məkirli addımlar atır, siyasi təxribatlara yol verirdi. Bu təxribatlar bu gün də davam edir. Bizim üçün xüsusilə qürurvericidir ki, Prezident İlham Əliyev Qazaxın erməni işğalındakı 4 kəndini məhz belə bir ortamda – ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad etdi. O, bununla bir kəs daha sübut etdi ki, regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan dövləti öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaqdır.

Mən bu böyük qələbə münasibıətilə Azərbaycan xalqını təbrik edir, bütün veteranlar adından Müzəffər Ali baş Komandana öz təşəkkürümü bildirirəm”!