IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır

IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə IMF-in icraçı direktoru Kristalina Georgiyeva "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Azərbaycanın maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəızi Bankının (AMB) sədri Taleh Kazımov və COP29-un prezidenti Muxtar Babayev ilə möhtəşəm görüş baş tutub. Biz Azərbaycanın inkişaf və iqlim hədəflərinə dəstək verməyə və noyabrda Bakıda COP29-un uğurlu keçirilməsi üçün işləməyə qərarlıyıq", - K. Georgiyeva qeyd edib.