AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib

AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə qurumları ilə regional tərəfdaşlıq perspektivlərini müzakirə edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkədəki hesabında yazıb.

"Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (İMF) Yaz Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrləri ilə məhsuldar müzakirələrdə iştirak etdik. Təmsil etdiyimiz ölkələrin əsas çağırışları və imkanları, eləcə də regional tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - T. Kazımov qeyd edib.