"Neftçi"nin iki futbolçusu "Zirə" ilə matçı buraxacaq

"Neftçi"nin iki futbolçusu "Zirə" ilə matçı buraxacaq

"Neftçi"nin iki futbolçusu bu gün "Zirə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXI tur oyununu buraxacaq.

Bu barədə "Birxeber.Az"a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı Azər Salahlı sözügedən matçda meydana çıxmayacaqlar.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.