Neftçalada sosial şəbəkədə tanış olduğu əcnəbidən narkotik alan şəxs saxlanılıb

Neftçalada sosial şəbəkədə tanış olduğu əcnəbidən narkotik alan şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

Bu barədə "Birxeber.Az"a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Neftçala RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında gecə saatlarında keçirilən tədbir zamanı Bakı şəhər sakini Dünyamalı Qurbanbəyov rayonunun Həsənabad kəndi ərazisində saxlanılıb. Onun əlində olan çantaya keçirilən baxış zamanı külli miqdarda, yəni 2 kiloqram 700 qramdan artıq marixuana, 505 qram heroin və 40 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, D.Qurbanbəyov əvvəllər sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən dəyəri 1500 manat olan psixotrop maddə - metamfetamin almaq istəyib. Bunun müqabilində həmin şəxsin bank hesabına 1000 manat pul göndərən D.Qurbanbəyov narkotacirə 500 manat borclu qalıb. Əcnəbi vətəndaş isə öz növbəsində ona Neftçala rayonunun Həsənabad kəndi ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələrin yerini bildirib. D.Qurbanbəyov təyin olunan yerə gələn zaman narkotacir gizlədilən çantada əlavə olaraq marixuana və heroin yerləşdirildiyini, ondan bu maddələri Abşeron rayonunun Hökməli qəsəbəsində qabaqcadan təyin olunan yerə aparmasını xahiş edib. Tərəflər arasında razılıq əldə olunub, lakin sonuncu çantanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

HADİSƏ HADİSƏ
Özünü nazirlik əməkdaşı kimi təqdim edərək dələduzluq törədən şəxs saxlanılıb

Özünü nazirlik əməkdaşı kimi təqdim edərək dələduzluq törədən şəxs saxlanılıb

HADİSƏ HADİSƏ
Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb

HADİSƏ HADİSƏ
Neftçalada ev yanıb

Neftçalada ev yanıb

HADİSƏ HADİSƏ
Şəmkirdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü hava limanında saxlanılıb

Şəmkirdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü hava limanında saxlanılıb

HADİSƏ HADİSƏ
Bu il özgə əmlakına vurulmuş 11 milyon 788 min 890 manat ziyanın ödənilməsi təmin edilib

Bu il özgə əmlakına vurulmuş 11 milyon 788 min 890 manat ziyanın ödənilməsi təmin edilib

HADİSƏ HADİSƏ
Gəncə sakininin evindən partlayıcı maddələr tapılıb

Gəncə sakininin evindən partlayıcı maddələr tapılıb

HADİSƏ HADİSƏ
Şəmkirdə sükan arxasında halı pisləşən sürücü qəza törədib, xəsarət alanlar var

Şəmkirdə sükan arxasında halı pisləşən sürücü qəza törədib, xəsarət alanlar var

HADİSƏ HADİSƏ
Goranboyda avtomobil aşıb: ÖLƏN VAR

Goranboyda avtomobil aşıb: ÖLƏN VAR

HADİSƏ HADİSƏ
Azərbaycanda bələdiyyə sədrinə cinayət işi başlanılıb

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi başlanılıb

HADİSƏ HADİSƏ
Xaçmazdakı qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub - YENİLƏNİB

Xaçmazdakı qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

HADİSƏ HADİSƏ
Xaçmazda avtomobil dərəyə aşdı, xəsarət alanlar var

Xaçmazda avtomobil dərəyə aşdı, xəsarət alanlar var