Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib

Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib

İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll edib.

APA "Azadlıq Radiosu"nun Ermənistan bürosuna istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Əldə olunan razılaşmanın siyasi əhəmiyyətindən danışan Paşinyan bunu xəfifə almaq istəmədiyini deyib:

"Qeyd etmək çox vacibdir ki, əslində ilk dəfə olaraq Ermənistan və Azərbaycan münaqişə ətrafında problemi masa arxasında həll edib".