Rusiyada günahsız şəxsi məsuliyyətə cəlb etmək istəyən erməni müstəntiqə 11 il iş verilib

Rusiyada günahsız şəxsi məsuliyyətə cəlb etmək istəyən erməni müstəntiqə 11 il iş verilib

Moskvanın Zamoskvoretski Məhkəməsi Rusiya İstintaq Komitəsinin keçmiş müstəntiqi Levon Ağacanyanı şəhərdəki biznes mərkəzində baş vermiş atışma ilə bağlı sübutları saxtalaşdırmaqda və günahsız şəxsi cinayət məsuliyyətinə cəlb etməkdə təqsirli bilib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, məhkəmə

Ağacanyan barəsində cəzasını ümumi rejimli koloniyada çəkməklə 11 il müddətinə azadlıqdan məhrum etmə hökmü verib.

Eyni zamanda məhkəmə Ağacanyandan 7 milyon rubl alınması barədə də qərar çıxararaq qarşı tərəfin mülki iddiasını qismən təmin edib.

Məhkəmənin hökmü ilə Ağacanyan ədliyyə mayoru rütbəsindən məhrum edilib.