İraqda bazaya raket atəşi nəticəsində ABŞ-nin bir neçə hərbçisi yaralanıb - YENİLƏNİB

İraqda bazaya raket atəşi nəticəsində ABŞ-nin bir neçə hərbçisi yaralanıb - YENİLƏNİB

ABŞ-nin İraqda, Ayn əl-Əsəddəki aviabazasına güclü raket hücumu nəticəsində Birləşmiş Ştatların bir neçə hərbçisi yaralanıb.

“Birxeber.Az” bu barədə “Al Arabiya”ya istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ əsgərləri yüngül xəsarətlər alıb, İraqın təhlükəsizlik qüvvələrinin bir əməkdaşı isə ağır yaralanıb.

İraq polisinin sözçüsü AFP-yə bildirib ki, Ayn əl-Əsəd hava bazası Ənbar vilayətindən atılan 15 raketlə vurulub.

Onun sözlərinə görə, 13 raket hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, lakin “ikisi hava bazasına düşüb”.

18:21

İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın istifadə etdiyi Ayn əl-Əsəd hərbi bazasına 20-dən çox raket zərbəsi endirilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, atəşi İraqın hərbi qruplaşmaları həyata keçirib.

Təfərrüatlar açıqlanmır