Trampın məhkəməsinin keçirildiyi binanın qarşısında özünü yandıran şəxs ölüb

Trampın məhkəməsinin keçirildiyi binanın qarşısında özünü yandıran şəxs ölüb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəməsinin keçirildiyi binanın qarşısında özünü yandıran şəxs ölüb.

Birxeber.Az NBC-yə istinadən xəbər verir ki, bu barədə Nyu-York polisi məlumat yayıb.

Polis bildirib ki, özünü yandıran şəxs bu gün səhər saatlarında ölüb.

Polisin Florida ştatının Sent-Aqustin şəhərindən 37 yaşlı Maksvell Azzarello olduğunu təsbit etdiyi şəxs Trampın məhkəməsinin keçirldiyi binanın qarşısındakı etiraz zonasında olub.

Nyu-York polisi jurnalistlərə bildirib ki, Azzarello əraziyə gələrək bel çantasından çoxlu broşürlər çıxarıb, daha sonra öz üzərinə maye yanacaq tökərək özünü yandırıb. Ətrafdakılar, məhkəmə məmurları və polis yanğını söndürüb. O, xəstəxanaya aparılsa da orda vəfat edib.