Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

"Report"un məlumatına görə, finalda "Xəzri" və "Neftçi" klubları üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm "Gəncə" komandası bu titula sahib çıxıb.