Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub

Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub

Rusiyanın səkkiz bölgəsinə 50 Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum həyata keçirilib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, hücumda istifadə olunan PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Məlumata görə, hücum nəticəsində Smolensk vilayətində 2 elektrik yarımstansiyası və neft emalı zavodu zədələnib.