"Gent"in baş məşqçisi: "Belçika komandaları "Qarabağ"dan örnək götürməlidirlər"

"Gent"in baş məşqçisi: "Belçika komandaları "Qarabağ"dan örnək götürməlidirlər"

"Qarabağ" çox yaxşı komandadır. UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış ediblər. Bu mövsüm pley-offadək irəliləmişdilər. Məncə, Belçika çempionları örnək götürməlidirlər".

"Birxeber.Az"un məlumatına görə, bu fikirləri Belçikanın "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Almaniya "Frayburq"u ilə matçını izlədiyini bildirib: "30 min azarkeşin önündə çıxış edəcəyik. Bu, bizi həyəcanlandırır. Çətin matç olacaq. Bizim üçün qalibiyyət çox yaxşı nəticə olardı. Amma heç-heçəni də yaxşı nəticə hesab etmək olar. Hətta az top fərqi ilə məğlubiyyətə də yaxşı demək mümkündür. Çünki cavab oyunu Belçikada gerçəkləşəcək. Lakin onu da deməliyəm ki, rəqib həm evdə, həm də səfərdə yaxşı oyun sərgiləyir".

Vanhazebruk beş saatlıq uçuşun kollektivə təsir etmədiyini vurğulayıb: "Rəqib də eyni yolu qət edəcək. Belə bəhanələrin arxasında gizlənmək lazım deyil".

Mütəxəssis "Qarabağ"ın hər il avrokuboklarda mübarizə apardığını xatırladıb: "Onlara "Qafqazın "Barselona"sı deyildiyini bilmirdim. Amma meydanda çox yaxşı oyun göstərirlər".

Baş məşqçi son olaraq Azərbaycan təmsilçisindən qorxmadıqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Futbol Futbol
Filipe Çabi: “İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”

Filipe Çabi: “İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”

Futbol Futbol
Minifutbol üzrə Çempionlar Liqası: "Birbaşa Bakı" növbəti mərhələyə vəsiqə qazanıb

Minifutbol üzrə Çempionlar Liqası: "Birbaşa Bakı" növbəti mərhələyə vəsiqə qazanıb

Futbol Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol Futbol
Qurban Qurbanov: “Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”

Qurban Qurbanov: “Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”

Futbol Futbol
Ramin Musayev: "Mənə futbolsuz daha rahatdır" - MÜSAHİBƏ

Ramin Musayev: "Mənə futbolsuz daha rahatdır" - MÜSAHİBƏ

Futbol Futbol
Çempionlar Liqası: yarımfinalın ilk oyunlarına Milan derbisi ilə yekun vurulacaq

Çempionlar Liqası: yarımfinalın ilk oyunlarına Milan derbisi ilə yekun vurulacaq

Futbol Futbol
Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Futbol Futbol
Orxan Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb

Orxan Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb

Futbol Futbol
"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

Futbol Futbol
XXI əsrin ilk 10 illiyində ən çox qol vuran qapıçılar: Siyahıda azərbaycanlı futbolçu da var

XXI əsrin ilk 10 illiyində ən çox qol vuran qapıçılar: Siyahıda azərbaycanlı futbolçu da var

Futbol Futbol
Messinin karyerasını davam etdirəcəyi klub məlum olub

Messinin karyerasını davam etdirəcəyi klub məlum olub

Futbol Futbol
Stanislav Çerçesov: "Qarabağ" "Sürix"lə oyunda uğur qazanmağa layiq idi"

Stanislav Çerçesov: "Qarabağ" "Sürix"lə oyunda uğur qazanmağa layiq idi"