Ağ Ev Ukraynaya silah tədarükünü dərhal bərpa etməyə hazır olduğunu açıqlayıb

Ağ Ev Ukraynaya silah tədarükünü dərhal bərpa etməyə hazır olduğunu açıqlayıb

Amerika Prezidenti Co Baydenin Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihələri Konqresin Nümayəndələr Palatası və Senatı tərəfindən qəbul olunarsa imzalanacaq və Vaşinqton dərhal Kiyevə silah tədarükünü bərpa edə biləcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.

ABŞ-nin Ukraynaya silah tədarükünü hansı müddtdə tez bərpa edə biləcəyi ilə bağlı suala Jan-Pyer “Dərhal, dərhal”, - deyə cavab verib.

Bundan əlavə rəsmi nümayəndə Ukrayna Silahlı Qüvvələrinin geri çəkildiyini təsdiqləyib.