Kahramanmaraşda zəlzələdə 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i hələ də dağıntılar altında qalıb

Kahramanmaraşda zəlzələdə 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i hələ də dağıntılar altında qalıb

"Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ zamanı 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i dağıntılar altında qalıb".

"Birxeber.Az"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kahramanmaraşda dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbənin vəziyyəti hazırda yaxşıdır: "Kahramanmaraş Sütçü İmam Universitetində 60-a yaxın azərbaycanlı tələbə vardı. Zəlzələ baş verən zamanı ali təhsil müəssisəsinin tələbəsi Göyçə Baxşəliyeva dağıntılar altında qalmışdı. O, təbii fəlakətdən 30 saat sonra dağıntılar altından sağ çıxarıldı. Hazırda vəziyyəti yaxşıdır, müalicə olunur. Müalicəsi yekunlaşandan sonra Azərbaycana təxliyə ediləcək. Azərbaycanın Türkiyədəki Səfirliyi ilə birlikdə buradakı digər tələbələrimizi avtobus vasitəsilə Azərbaycana təxliyə etdik. Təxminən 50-dən çox tələbəni zəlzələdən sonra Azərbaycana yola saldıq".

"Kahramanmaraşda hadisə zamanı 2 Azərbaycan vətəndaşı həlak olub. Biri şəhərin Elbistan rayonunda, digəri isə şəhər mərkəzində dağıntılar altında qalaraq vəfat edib. Onlar dağıntılar altından çıxarıldı və meyitləri səfirliyimizin əməkdaşları ilə birlikdə Azərbaycana göndərildi. Hazırda isə Kahramanmaraşda dağıntılar altında 1 Azərbaycan vətəndaşı qalıb. Qadının qızı buradadır. Həmin xanımla dünən danışmışam və anasının hələ də dağıntılar altında qaldığını bildirir. Hər gün Azərbaycan səfirliyi vətəndaşımızla əlaqə saxlayır. Həmin qadın oradan çıxarıldıqdan sonra Azərbaycana təxliyə ediləcək", - H.Əmirli vurğulayıb.

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidentinin Albaniyanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Azərbaycan Prezidentinin Albaniyanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Azərbaycanın XİN başçısı Aİ-ni Cənubi Qafqaza yanaşmasını yeni situasiyaya uyğunlaşdırmağa çağırıb

Azərbaycanın XİN başçısı Aİ-ni Cənubi Qafqaza yanaşmasını yeni situasiyaya uyğunlaşdırmağa çağırıb

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik"

İlham Əliyev: "Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: "Azərbaycan daim Türkiyənin yanındadır"

Ceyhun Bayramov: "Azərbaycan daim Türkiyənin yanındadır"

Xarici siyasət Xarici siyasət
Slovakiyanın Milli Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

Slovakiyanın Milli Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib

Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib

Xarici siyasət Xarici siyasət
XİN Ermənistanın beynəlxalq sammitdə Azərbaycana qarşı təxribatına cavab verib

XİN Ermənistanın beynəlxalq sammitdə Azərbaycana qarşı təxribatına cavab verib

Xarici siyasət Xarici siyasət
Ersin Tatar Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib

Ersin Tatar Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib

Xarici siyasət Xarici siyasət
Türkiyə XİN Xankəndidəki partlayışla bağlı bəyanat yayıb: "Yardım göstərməyə hazırıq"

Türkiyə XİN Xankəndidəki partlayışla bağlı bəyanat yayıb: "Yardım göstərməyə hazırıq"

Xarici siyasət Xarici siyasət
Prezident: "Azərbaycan ilə Qana arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var"

Prezident: "Azərbaycan ilə Qana arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var"

Xarici siyasət Xarici siyasət
Səfirlik Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib

Səfirlik Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib