Şimali Koreya yeni zenit raketini sınaqdan keçirib

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni “Pyoldji-1-2” zenit-raketinin sınaq buraxılışını, həmçinin “Hvasal-1 Ra-3” strateji qanadlı raketinin ultra iri döyüş başlığının gücünün sınaqlarını həyata keçirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, sınaqlar Sarı dənizdə KXDR-in Raket Elmi üzrə Baş İdarəsi tərəfindən keçirilib və müxtəlif yeni silahların texnologiyalarını inkişaf etdirməyə yönəlib.

KCNA vurğulayıb ki, sınaqlar raket elmləri şöbəsinin müntəzəm fəaliyyəti çərçivəsində həyata keçirilib və regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.