Naftalanda qadın ağır yanıq xəsarətləri alıb

Naftalanda qadın ağır yanıq xəsarətləri alıb

Naftalan şəhərində 40 yaşlı qadın ağır dərəcəli yanıq xəsarətləri alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, yaralı 1984-cü il təvəllüdlü R.Mustafayeva xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.