Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana 2678 kiberhücum həyata keçirib

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana 2678 kiberhücum həyata keçirib
Bakıda “Beynəlxalq kibertəhlükəsizlik günü”nə həsr olunan tədbir keçirilib.
Tədbirdə  Azərbaycanla yanaşı, bir sıra ölkələri təmsil edən kiber mütəxəssisləri iştirak edib. Konfransın əsas müzakirə mövzuları Azərbaycan, Türkiyə və İsrail modelləri, dərin müdafiə, kiber hədələrin və risklərin minimallaşdırılması və sairə olub.  
Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxışı zamanı 44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına olunan hücumların sayını açıqlayıb. O bildirib ki, Ermənistan tərəfindən 2 678 hücum həyata keçirilib, amma buna baxmayaraq onların hamısının  qarşısı  uğurla alınıb. İdarə rəisi həmçinin, dövlət qurumlarının informasiya sistemlərinin ildə 2 dəfə yoxlanıldığını deyib.
 
Konfransada iştirak edən turkiyəli mütəxəssis Səmra Erişkon ölkəsinin təcrübəsindən və kibertəhlükəsizlik sahəsində aparılan işlərdən danışıb.