Almaniyada da fermerlər etiraz aksiyası keçirir

Almaniyada da fermerlər etiraz aksiyası keçirir

Onlarla traktorda olan fermerlər Almaniyanın Bremerhafen şəhərində yerləşən dəniz limanına girişlərdən birini bağlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Welt” polisə istinadən məlumat yayıb.

“Yanvarın 29-da fermerlər 30-a yaxın traktorla Bremerhafen dəniz limanına gedən yollardan birini bağlayıblar”, - qeyd edilib.

Xatırladaq ki, ötən ilin dekabrında Almaniya hökuməti büdcəyə qənaət tədbirlərini açıqlayıb. Bununla dizel yanacağına verilən subsidiyaların ləğvi, həmçinin meşə və kənd təsərrüfatında istifadə olunan nəqliyyat vasitələrinin güzəştli vergiyə cəlb edilməsi nəzərdə tutulurdu. Bu planların açıqlanmasından sonra alman fermerlər etiraz aksiyalarına başlayıblar.