DİM: Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər maksimal bal toplayıb

DİM: Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər maksimal bal toplayıb

Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib.

Bu barədə Birxeber.Az-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 6 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.