Britaniya Ukrayna enerji sektorunu dəstəkləmək üçün 150 milyon funt ayırır

Britaniya Ukrayna enerji sektorunu dəstəkləmək üçün 150 milyon funt ayırır

Böyük Britaniya Ukraynanın raket zərbələrindən zərər çəkmiş enerji sektorunu dəstəkləmək üçün təxminən 150 milyon funt sterlinq (187 milyon ABŞ dolları) ayıracaq.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın ATƏT-dəki daimi nümayəndəsi Nil Hollandın hökumətin saytında dərc olunmuş bəyanatında deyilir.

Hollandın sözlərinə görə, Rusiya sistematik olaraq Ukraynanın enerji obyektlərinə hava hücumları həyata keçirir, nəticədə bir çox qurum ehtiyat enerji mənbələrindən istifadə etmək məcburiyyətində qalıb, milyonlarla insan elektrik enerjisi, istilik və su təchizatında fasilələrlə üzləşib.

“Biz Ukraynaya enerji sistemini təmir etmək, qorumaq və bərpa etmək üçün “G7+” tərəfdaşları ilə işləməyə davam edəcəyik”, - Holland bildirib.