Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb
Bu il fevralın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3 % artaraq 713,8 minə çatıb.
"Birxeber.Az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 1,3 % artıb və 40,5 min olub.
Ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 188,5 min olub.