“AzerGold”un istiqrazlarına 65 investor maraq göstərib

“AzerGold”un istiqrazlarına 65 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin 20 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Birxeber.Az”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 dollar olan 200 000 ədəd istiqraz standard bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 65 investor 21,522 milyon ABŞ dolları dəyərində 68 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.