Özünü İranın Parisdəki konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb - YENİLƏNİB

Özünü İranın Parisdəki konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb - YENİLƏNİB

İran vətəndaşı İranın Parisdəki səfirliyinin konsulluq şöbəsinin binasına şübhəli bağlama gətirib və üzərində partlayıcı kəmər olduğunu iddia edib.

APA xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.

Qeyd edilib ki, hadisəni törədən şəxs bir müddət əvvəl səfirlik binasının giriş qapısına hücum edərək onu yandırıb.

Səfirliyin bütün əməkdaşlarının səhhətinin tam qaydasında olduğu bildirilib.

Həmin şəxsin saxlanıldığı, üzərində isə heç bir partlayıcı maddənin aşkarlanmadığı qeyd olunub.

***

16:33

Naməlum şəxs Parisin 16-cı dairəsində yerləşən İran Konsulluğunun yaxınlığındakı binaya daxil olaraq, özünü partladacağını bildirib.

APA-nın məlumatına görə, əraziyə çox sayda polis qüvvələri cəlb olunub.

Onun hələ də binanın içərisində olduğu və əlindəki partlayıcını işə salacağı ilə təhdid etdiyi qeyd edilib.

Hadisədən sonra bina mühasirəyə alınıb və ərazidəki metro stansiyası sərnişinlər üçün bağlanıb.