Nazirlik: Yol qəzalarının sayında azalma qeydə alınıb

Nazirlik: Yol qəzalarının sayında azalma qeydə alınıb

Bu ilin ilk rübündə yol-nəqliyyat hadisələrinin sayında ötən ilin müvafiq dövrünə ilə müqayisədə 12,2 faiz azalma olub.

Birxeber.Az xəbər verir ki, bu barədə aprelin 19-da Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclasında bildirilib.

Məlumata görə, 2023-cü ilin 3 ayı ilə müqayisədə qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.