Türkiyə millisinin baş məşqçisi İtaliya klubunda işləyə bilər

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunda işləyə bilər

Türkiyə millisinin italiyalı baş məşqçisi Vinçentso Montella karyerasını ölkəsində davam etdirə bilər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə məşhur "La Gazzetta dello Sport" iddia irəli sürüb.

"Napoli" 49 yaşlı mütəxəssislə maraqlanır. O, Neapol təmsilçisində baş məşqçi postuna namizədlərdən biridir.

Qeyd edək ki, Vinçentso Montella ötən ilin sentyabrından Türkiyə yığmasında işləyir. "Napoli"nin baş məşqçisi Françesko Kaltsonanın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.