Milli Məclisin İntizam komissiyası yenidən müəyyənləşəcək

Milli Məclisin İntizam komissiyası yenidən müəyyənləşəcək

Milli Məclisin yaz sessiyasında İntizam komissiyası yenidən müəyyənləşəcək.

APA xəbər verir ki, bu, parlamentin yaz sessiyası üzrə ilk plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi”ndə əksini tapıb.

Layihəyə əsasən, İntizam komissiyasının tərkibi aşağıdakı kimi olacaq:

1. Ağamalı Fəzail Rəhim oğlu;

2. Həsənov Nurlan Urfan oğlu;

3. Həsənova Afət Əbil qızı;

4. İbrahimqızı Məlahət İbrahim qızı;

5. İbrahimov Eldar Rza oğlu;

6. Qafarov Kəmaləddin Nəsrəddin oğlu;

7. Məhəməliyev Nəsib Məhəmməd oğlu;

8. Məmmədov Hikmət Baba oğlu;

9. Məmmədov Məşhur Şahbaz oğlu;

10. Möhbalıyev Səttar Suliddin oğlu;

11.Səfərov Nizami Abdulla oğlu.

Beləliklə, İntizam komissiyasında mərhum deputat Madər Musayevi Kəmaləddin Qafarov əvəzləyəcək.