Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar təşkil edib.

Bu barədə “Birxeber.Az”a ARDNF-dən məlumat verilib.

Bildirilir ki, bu, 2024-cü ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 1 milyard 303 milyon ABŞ dollar və ya 2,3 % çoxdur.

Xatırladaq ki, 2024-cü ilin əvvəlinə Dövlət Neft Fondunun aktivkərinin həcmi 56 milyard 069,8 milyon ABŞ dollar olub.