Rusiya XİN rəhbəri: İranın nüvə silahı yoxdur

Rusiya XİN rəhbəri: İranın nüvə silahı yoxdur

İranın nüvə silahı yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın nüvə silahının olmadığını Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də təsdiqləyir.

Lavrov İsraillə İran arasında yaşanan son gərginlikdən, Tehran və Təl-Əvivin qarşılıqlı raket-dron hücumları barədə də danışıb. Qeyd edib ki, Rusiya diplomatik kanallarla İsrailə İran eskalasiyanı istəmədiyini çatdırıb.