Gəncə Filarmoniyasında Əməkdar artist Təyyar Bayramovun solo konserti olacaq

Gəncə Filarmoniyasında Əməkdar artist Təyyar Bayramovun solo konserti olacaq

Martın 30-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” layihəsi çərçivəsində Əməkdar artist, "Tərəqqi" medallı Təyyar Bayramov Gəncədə solo konsert proqramı ilə çıxış edəcək.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, xanəndəni tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda Əməkdar artist Çinarə Mütəllibova, balabanda Adil Müslümov, udda Fərhad Qədirov, nağarada Vüsal Bayramov, bas qavalda Səyyar Teymurov müşayiət edəcəklər.

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassasından, eləcə də iticket.az saytından əldə etmək mümkündür.

Konsert saat 19:00-da başlayacaq.