İsrail Suriyaya zərbə endirib, ölənlər var - YENİLƏNİB

İsrail Suriyaya zərbə endirib, ölənlər var - YENİLƏNİB

Dəməşqə edilən hücumda ölənlərin hamısı Suriya vətəndaşıdır.

Birxeber.Az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

İranın Suriyadakı səfiri Hüseyn Əkbəri "X" hesabında yazıb ki, İsraillin Dəməşq şəhərinin cənubuna bugünkü hücumunda İran İslam Respublikasının heç bir məsləhət mərkəzi hədəf alınmayıb və heç bir İran vətəndaşı, yaxud məsləhətçisi ölməyib.

***

15:53

İsrail İranın Suriyadakı məsləhət mərkəzinə zərbə endirib, ölənlər var.

Birxeber.Az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İsrail Dəməşqdə yerləşən İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məsləhət mərkəzinə hava zərbələri endirib.

İlkin məlumata görə, hava hücumu zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.