“Səbail”in cəzalandırılan futbolçusu: “Kəpəz”lə oyundan sonra AFFA nümayəndəsinə həqiqəti dedim

“Səbail”in cəzalandırılan futbolçusu: “Kəpəz”lə oyundan sonra AFFA nümayəndəsinə həqiqəti dedim

“Kəpəz”lə oyundan sonra AFFA nümayəndəsinə həqiqəti dedim. Bundan sonrası onların vicdanına qalıb”.

Bunu “Report”a açıqlamasında “Səbail”in futbolçusu Adi Mehremiç Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə görüşdə hakimi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya edilməsi barədə danışarkən deyib.

Bosniya və herseqovinalı müdafiəçi bütün diqqətlərini mövsümün son matçlarına cəmlədiklərini bildirib: “Mən oynamasam belə, komandamın əlindən gələni artıqlaması ilə edəcəyinə əminəm. İnanıram ki, “Səbail” öz gücünü hər kəsə göstərəcək. Hələ də mövsümü ilk “dördlük”də bitirmək şansımız var. Avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq üçün sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, “Kəpəz”lə heç-heçə (3:3) etdikləri qarşılaşmanın 90+3 dəqiqəsində qırmızı vərəqə alan Adi Mehremiçin cəzasının 2 oyunu şərti verilib. Ona 3 ay sınaq müddəti təyin edilib.